• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qanunsuz kömür quyuları aşkarlandı - FOTOLAR

HADİSƏ

04 Fevral 2023 | 12:06

Qanunsuz kömür quyuları aşkarlandı - FOTOLAR

Qubada qanunsuz kömür quyuları aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Qanunsuz kömür istehsal edənlərin rayon sakinləri - Mirağa Dadaşov və Təmirşah İmanquliyev olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.


SON XƏBƏRLƏR