• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

XİN-dən İrandakı səfirliyimizə silahlı hücum barədə MƏLUMAT

SİYASƏT

27 Yanvar 2023 | 10:40 | Müəllif: Qalib İbrahimoğlu

XİN-dən İrandakı səfirliyimizə silahlı hücum barədə MƏLUMAT

Azərbaycan Xarici İşlər Nazirlyi (XİN) İrandakı səfirliyimizə silahlı hücum barədə məlumat yayıb.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

"Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Allah şəhidimizə rəhmət eləsin!"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026