• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

XİN-dən Kəlbəcərdəki təxribata REAKSİYA

SİYASƏT

11 Yanvar 2022 | 20:05 | Müəllif: Subhan Mahmudov

XİN-dən Kəlbəcərdəki təxribata REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.

Bakıvaxtı.az-a daxil olan məlumatda deyilir:

"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Allah Şəhidimizə rəhmət eləsin!"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026