• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

XİN Türkiyənin Zəfər Günü ilə bağlı paylaşım edib

SİYASƏT

30 Avqust 2023 | 12:50 | Müəllif: Subhan Mahmudov

XİN Türkiyənin Zəfər Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust - Türkiyənin Zəfər Günü ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edilib.

"Qardaş tarixinin şanlı səhifələrindən biri olan, İstiqlal savaşının taleyini həll edən 30 avqust Zəfərinin 101-ci ildönümündə, bu qələbənin memarları olan Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarını hörmətlə yad edirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR