• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Xırdalanda DƏHŞƏT: Arvadını öldürdü, özünü güllələdi - YENİLƏNİB

HADİSƏ

02 Oktyabr 2023 | 16:58 | Müəllif: Qalib İbrahimoğlu

Xırdalanda DƏHŞƏT: Arvadını öldürdü, özünü güllələdi - YENİLƏNİB

Oktyabrın 2-də saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Bakıvaxtı.az-a bildirilib ki, araşdırma zamanı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun birgə yaşadıqları mənzildə arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovaya ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

15:23

Xırdalanda kişi arvadını qətlə yetirib, daha sönra özünü güllələyib.

Bu barədə Bakıvaxtı.az-a DİN-dən bildirilib.

Verilən xəbərə görə, oktyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.

    İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

    Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR