• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Xocalı soyqırımını törədənlərə qarşı sanksiya tətbiq olunmayıb - Siyavuş Novruzov

SİYASƏT

23 Aprel 2024 | 11:26

Xocalı soyqırımını törədənlərə qarşı sanksiya tətbiq olunmayıb - Siyavuş Novruzov

“Azərbaycan hər atdığı addımı beynəlxalq hüquq standartlarına uyğundur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz deyib.

Onun sözlərinə görə, əfsuslar olsun ki, dünya ölkələri özlərini demokrar adlandırsalar da, Azərbaycanın haqq işi ilə bağlı nəinki dəstək göstərirlər, əksinə əleqhinə çxıış edirlər. S.Novruzov vurğulayıb ki, Xocalı soyqırımı törədənlər, Gəncəni, Bərdəni bombalayanlara qarşı hələ də sanksiya tətbiq olunmayıb:

"Halbuki, erməni keçmiş nazir Xocalı soyqırımını törətməyinə görə fəxr edir, Balayan uşaqları turbalara necə doldurub yandırdığını öz kitabında yazır, bunu etiraf edir. Azərbaycanda bir "tiktoker" var, adı Əli Kərimlidir. Qoyur kompüteri qabağında danışır. Təbii ki, kompüter ona cavab verə bilməz. Əgər nəsə demək istəyirsə, gəlsin, hansısa internet saytlarından birində danışaq. Ona başa salaq ki, dünya nədən ibarətdir. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara doğru olmayan məlumatlar vermək olmaz .

Aytac Aslan


SON XƏBƏRLƏR