• Bakı 17° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Xümsdə mina partlayışı: ölənlər var

DÜNYA

08 Aprel 2023 | 20:29 | Müəllif: Subhan Mahmudov

Xümsdə mina partlayışı: ölənlər var

Suriyanın qərbində yerləşən Xüms əyalətində İŞİD silahlılarının yol kənarında yerləşdirdiyi mina partlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Mina partlayışı nəticəsində 6 dinc sakin həlak olub.

Bildirilib ki, içərisində dombalan (yeraltı göbələk - red.) yığmağa gedən şəxslərin olduğu avtomobil Əs-Suhna oazisi yaxınlığında minaya düşüb.

Suriyalılar üçün ənənəvi dombalan göbələyi yığımı son zamanlar təhlükəli peşəyə çevrilib. Torpağın altında bitən bu göbələklərə İŞİD üzvlərinin sığındığı quraqlıq səhralarda rast gəlinir. Silahlılar gizləndikləri yerlərin ətrafını minalayır və pusqu quraraq patrullara hücum edir.

Qeyd edək ki, fevralın 18-də bir qrup silahlı Əs-Suhna oazisində Əsəd rejiminin yeddi hərbçisini və göbələk yığmaqla məşğul olan 46 kənd sakinini qətlə yetirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026