• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

ABŞ maliyyə fəlakəti yaşaya bilər -  XƏBƏRDARLIQ

DÜNYA

08 May 2023 | 17:48 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ maliyyə fəlakəti yaşaya bilər - XƏBƏRDARLIQ

Federal hökumət borc məbləğini artırmasa, ABŞ-ın nağd pulu iyunun əvvəlində tükənəcək.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Janet Yellen deyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə hökumət maaş, müavinət və digər maddələri ödəyə bilməyəcək: "Bunu etmək Konqresin işidir. Əgər uğursuz olarsa, iqtisadi və maliyyə fəlakəti ilə üzləşəcəyik”.

ABC News Televiziyasının suallarını cavablandıran Yellen borc tavanı müzakirələrinin Amerika xalqının başına silah dayayaraq aparılmamalı olduğunu deyərək, bildirib ki, ancaq barışıq üçün vaxt daralır.

ABŞ prezidenti Co Bayden respublikaçı liderlərlə görüşdə 31,4 trilyon dollar olan borc tavanının artırılmasına razılıq vermələrini istəyəcək. Konqres ümumilikdə borclanma tavanını qaldırsa da, büdcə və dövlət xərcləri üçün xüsusi tələblər qoyur.

Yellen qeyd edib ki, Respublikaçılar və Demokratlar arasında razılaşmanın olmaması konstitusiya böhranı ilə nəticələnə bilər.

ABŞ-ın borc tavanı 1960-cı ildən bəri 78 dəfə artırılıb və ya dəyişdirilib. Hər dəfə ABŞ-ın defolt ehtimalı tərəfləri barışdırırdı. ABŞ heç vaxt defolt etməyib. Belə bir inkişafın qlobal maliyyə bazarlarını alt-üst edəcəyi və dərin iqtisadi təsirlər göstərəcəyi bildirilir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026