• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

CHP-nin "ilkin seçki" qərarı

DÜNYA

07 Iyun 2023 | 17:47

CHP-nin ilkin seçki qərarı

Cümhuriyət Xalq Partiyasında (CHP) artıq millət vəkili namizədləri ilkin seçki ilə seçiləcək.

Bakıvaxtı.az Türkiyə mətbiatına istinadla xəbər verir ki, bunu CHP-nin sədr müavini Eren Erdem deyib.

Onun sözlərinə görə, bu qərar CHP başqan Kamal Kılıçdaroğlu və Mərkəzi İdarə Heyəti  üzvlərinin ortaq razılığı ilə verilib.

Erdem bunu İdarə Heyətinin ilk mühüm qərarlarından biri sayır: "Bu, partiyamızın sözçüsü tərəfindən dünən açıqlanan nizamnaməyə dəyişiklik çərçivəsindəki maddələrdən biri olacaq. Bilirəm ki, CHP-nin veteranları bunu səbirsizliklə gözləyirlər"

Sosial mediada onlara ünvanlanan tənqid və reaksiyaları diqqətlə qiymətləndirdiklərini bildirən E.Erdem, “Bütün vətəndaşlarımızın hər cür fikir və düşüncə azadlığının təminatçısıyıq. Qarşıdan gələn yerli seçkilərdə ciddi uğur qazanmaq üçün bütün tənqidləri diqqətlə nəzərdən keçirəcəyik" deyib.

Murad Məmmədli


SON XƏBƏRLƏR