• Bakı 22° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Avropa Birliyindən koronavirus xəbərdarlığı: 3-4 aylıq fasilələrlə...

DÜNYA

07 Iyun 2023 | 17:25

Avropa Birliyindən koronavirus xəbərdarlığı: 3-4 aylıq fasilələrlə...

Avropa İttifaqının səhiyyə qurumları koronavirusa qarşı hazırlanmış vaksinlərin yeni növlərə uyğun olaraq yenilənməsini tələb edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Hollandiyanın paytaxtı Amsterdamda beynəlxalq tənzimləyici qurumlarla görüşünda bildirilib.

Qeyd olunub ki, koronavirus epidemiyasının başlaması ilə bir çox peyvənd hazırlanıb və təsdiq edilib. Avropa İttifaqının səhiyyə qurumları bu peyvəndlərin yenilənməsini tələb edir.

İndiyə qədər təsdiqlənmiş peyvəndlər xəstəxanaya yerləşdirmənin, ağır xəstəliklərin və ölümün qarşısını alır. Lakin yeni növlər meydana çıxdıqca qorunma zəifləyir.

Avropa Dərman Agentliyinin Peyvənd Strategiyası Direktoru Marko Kavaleri peyvəndin əhəmiyyətinə diqqət çəkərək bildirib ki, səhiyyə orqanları qorumanı toxunulmaz saxlamalıdır. Onun sözlərinə görə, peyvəndlər xəstəxanaya yerləşdirmə və ölüm hallarının qarşısını almaq üçün ən yaxşı seçimdir.

Bu səbəbdən vaksinlərin virusun yeni ştammlarına uyğun olaraq yenilənməsi tövsiyə olunub.

Bundan əlavə, Avropa Dərman Agentliyi Avropa ölkələrinə peyvənd kampaniyalarını davam etdirməyi, əhalinin 3 və ya 4 aylıq fasilələrlə peyvənd edilməsini tövsiyə edib.

Ay Tac


SON XƏBƏRLƏR

19 Aprel 2024