İranda dini dəyərləri təhqir etdiyinə görə edam cəzasına məhkum edilən iki nəfər bu səhər asılıb.
Bakıvaxtı.az xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Ədliyyədən verilən yazılı açıqlamada Sədrullah Fazili Zari və Yusuf Mihrdadın edam hökmləri və edamlarının təfərrüatları paylaşılıb.
Açıqlamada Zari və Mihrdadın Məhəmməd peyğəmbəri və müqəddəs dəyərləri təhqir etdikləri, onlarla sosial media hesabı vasitəsilə bu mövzuda aktiv olduqları bildirilib.
Zərinin sosial şəbəkədə Quranı yandıran görüntüləri paylaşdığı da qeyd edilib.
Sözügedən iki nəfərə verilən edam hökmlərinin bu gün səhər saatlarında icra olunduğu bildirilib.
Ay Tac









jpg-1686140194.webp)
jpg-1686138481.webp)




