"Ölkədə müşahidə olunan yağıntılı hava şəraiti bu gün ərzində davam edəcək".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ETSN Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, əsasən cənub və şərq rayonlarında yağıntılı hava şəraiti qeydə alınıb, sulu qar, qar yağıb.
"Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi müşahidə olunur" deyən G.Məmmədova bildirib ki, havanın temperaturunun günorta saatlarında 2-4 dərəcədən yüksək olacağı gözlənilmir.
Yanvarın 18-də paytaxtda və digər bölgələrdə yağıntısız hava şəraiti müşahidə olunacaq.
















