• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Yalançı təsəvvür yaradırlar ki, Ukraynada müharibə..." - Zelenski

DÜNYA

28 Yanvar 2022 | 21:38

"Yalançı təsəvvür yaradırlar ki, Ukraynada müharibə..." - Zelenski

Qərb liderləri və KİV belə bir yalançı təsəvvür yaradırlar ki, sanki sabah Ukraynada müharibə başlayacaq. Bu da iqtisadi sabitliyi pozur və sabitləşmə üçün əlavə 4-5 milyard dollar xərcləmək lazım gəlir.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu xarici jurnalistlərə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Hətta öz çəkisi olan dövlətlərin rəhbərləri belə qeyri-diplomatik yolla deyirlər ki bizdə müharibə başlayacaq. Britaniya, Fransa, Almaniya və Litvada KİV belə bir təəssürat yaradır ki, bizdə döyüşlər gedir, səfərbərlikdir. Lakin belə deyil. Bizə panika lazım deyil”, - deyə Zelenski qeyd edib.

Zelenski bildirib ki, Ukrayna ətrafında yaranan panikadan ölkə iqtisadiyyatı 12 milyard dollardan çox ziyan çəkib. Vəziyyətin destabilizasiyası ölkənin müstəqilliyinə təhlükə yaradır.

Ukrayna rəhbəri əlavə edib ki, Ukrayna və Rusiya arasındakı müharibə ehtimalından çox ehtiyatla danışmaq lazımdır. Genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə, bu Ukrayna sərhədləri çərçivəsindən çıxacaq.(apa)

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026