Rusiyada yanmayan parçalar hazırlanıb.
Bakıvaxtı.az bildirir ki, bu parçalardan ictimai yerlərdə pərdə kimi və yumşaq mebellərin üzlənməsi üçün istifadə edilə bilər.
Xüsusiyyətlərinə görə parça xarici analoqları üstələyir. Parça ərimə mərhələsində dəyişdirici əlavələrin daxil olduğu sintetik sapa, o cümlədən alov gecikdiriciləri - yanma reaksiyasını boğan maddələrə əsaslanır.
Parçanın yaradıcıları Rusiyanın toxuculuq müəssisələrində genişmiqyaslı istehsalına başlamağa ümid edirlər.
















