Yaponiyanın cənub-qərbində dəniz minaaxtaran gəmisində baş verən yanğın nəticəsində bir ekipaj üzvü həlak olub, bir nəfər isə yaralanıb.
Bakıvaxtı.az NHK dövlət televiziyasına istinadən xəbər verir ki, bu barədə Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri (MSDF) açıqlama yayıb.
Məlumata görə, minaaxtaran gəmidə təxminən 45 nəfərin olduğu və təlim çərçivəsində Kaqoşima əyalətindəki limana doğru hərəkət etmək üzrə olduğu bildirilib. Yanğın səbəbindən gəminin hərəkəti mümkün olmayıb və ekipaj təxliyə olunub.
Yanğın zamanı bir ekipaj üzvü xəsarət alıb, bir nəfər isə itkin düşüb.
Səlahiyyətlilər yanğın zamanı sözügedən iki nəfərin maşın otağında olduğunu və xəstəxanaya göndərilən yaralının vəziyyətinin yaxşı olduğunu bildirib. İtkin düşən şəxsin axtarışları davam edir.
Gülşən Şərif