• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yaponiya valyutasından 34 illik antirekord

İQTİSADİYYAT

10 Aprel 2024 | 23:37 | Müəllif: Subhan Mahmudov

Yaponiya valyutasından 34 illik antirekord

Yaponiya milli valyutasının məzənnəsi 1990-cı ilin iyunundan bəri rekord həddə - bir dollar üçün 152 yen səviyyəsinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Nyu-Yorkdakı valyuta ticarətinin məlumatları sübut edir.

Yaponiya Maliyyə Nazirliyi daha əvvəl yenin zəifləməsinin davam etməsi ilə əlaqədar “qətiyyətli tədbirlər” görməyə hazır olduğunu açıqlamışdı. Bütün bunların fonunda bazar oyunçuları Yaponiya Maliyyə Nazirliyinin valyuta müdaxilələrinə əl atıb-aymayacağını gözləyirlər.

Müşahidəçilər bildirirlər ki, yenin zəifləməsi Qərb ölkələri ilə faiz dərəcələrindəki davamlı uçurum fonunda baş verir.

Qeyd edək ki, Yaponiyada uzun müddət ərzində faiz dərəcəsi 0,1% səviyyəsində olub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR