• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yaponiyada sunami XƏBƏRDARLIĞI 

DÜNYA

09 Oktyabr 2023 | 07:33 | Müəllif: Qalib İbrahimoğlu

Yaponiyada sunami XƏBƏRDARLIĞI

Yaponiyanın bəzi sahilyanı ərazilərində yaşayan sakinlər təxliyə barədə xəbərdarlıq alıb.

Bakıvaxti  bu barədə Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına istinadla xəbər verir.

Buna səbəb Sakit Okeanda baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsidir.

Tateyama şəhərinin səlahiyyətlilərinə görə, təxminən 37 min insan bildiriş alıb.

Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, indiyədək Haçico adasında, Oqasavara adalarında, Çiba prefekturasında, Koçi prefekturasında və ölkənin Sakit okean sahillərindəki digər yerlərdə hündürlüyü 20-60 sm olan dalğalar qeydə alınıb.

Dağıntı qeydə alınmayıb.

Sahilboyu rayonların sakinlərinə ayıq-sayıq olmaları və dənizdən uzaq olmaları barədə xəbərdarlıq edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR