Üç ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları Atlantik Okeanında üzən yaxtada bir ton kokain aşkar etdilər.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatı İspaniya polisi İngiltərə və Fransa ilə birlikdə həyata keçirib. Narkotik satıcıları 18 metr uzunluğunda olan yelkənli idman gəmisində Latın Amerikasından Avropaya kokain daşıyırdılar.
Gəminin dibi ikiqat idi və polis gəminin gövdəsini sındırmalı olub. Hər birinin çəkisi bir kiloqram olan cəmi 1018 torba kokain tapılıb. Üç heyət üzvü nəzarətə atıla alınıb.
Tərcümə şöbəsi
Bakıvaxtı.az















