• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ucarda yaşadığı evi tərk edən iki koronavirus xəstəsi aşkarlanıb

HADİSƏ

26 Avqust 2021 | 10:17

Ucarda yaşadığı evi tərk edən iki koronavirus xəstəsi aşkarlanıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayonun Bərgüşad kənd sakinləri Hüseyn Behbudovun və Oruc Alməmmədovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.

Həmin şəxslər kənd ərazisində aşkarlanıb və yaşadıqları ünvanlara geri qaytarılıblar.

H.Behbudov və O.Alməmmədov barəsində Ucar RPŞ-də araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026