• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İyulda itkin düşən Daşkəsən sakinlərinin meyitləri tapıldı

HADİSƏ

24 Sentyabr 2021 | 19:10

İyulda itkin düşən Daşkəsən sakinlərinin meyitləri tapıldı

Daşkəsən rayon Polis Şöbəsinin və ANAMA əməkdaşlarının iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hava şəraiti ilə bağlı onların nəşinin ərazidən çıxarılması hələlik mümkün olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026