• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yay xəstəliklərinin qarşısını necə alaq? - Həkim MƏSLƏHƏTİ

CƏMİYYƏT

24 Iyul 2023 | 16:01 | Müəllif: Qalib İbrahimoğlu

Yay xəstəliklərinin qarşısını necə alaq? - Həkim MƏSLƏHƏTİ

Xəstəliklərə daha çox qış aylarında rast gəlindiyindən yay xəstəliklərinə dırnaqarası baxır, çox da fikir vermirik. Ancaq yay fəslinin də özünə görə xəstəlikləri var.

Daxili xəstəliklər uzmanı Dr.Həbib Sahratov Bakıvaxtı.az-a yayda yarana biləcək xəstəliklərlə bağlı danışıb.

Həkim bildirib ki, yay aylarında ən çox gördüyümüz xəstəlik kəskin mədə-bağırsaq pozğunluqlarıdır: “Yay vaxtı meyvə-tərəvəzin bol olduğu dönəmdə yuyulmamış yeyilməsi nəticəsində müəyyən patologiyalar baş verir. Həmin qidalarda olan mikroblar ağız yolu ilə mədə-bağırsağa düşür və pozğunluq yaradır”.

Terapevt qeyd edib ki, əlavə olaraq, yay vaxtı havalar isti keçdiyindən insanlar soyuq su qəbul edir: “Bu zaman boğazda almacıqlarda iltihab müşahidə olunur. Nəticədə, almacıqlar şişir, hərarət artır”.

Onun sözlərinə görə, günəş şüasının altında uzun müddət qaldıqda istivurma, günvurma tez-tez müşahidə edilən patologiyalardır. Müsahibimiz qeyd edib ki, bu hal daha çox uzun müddət günün altında işləyən insanlarda müşahidə olunur. İstivurmanın fonunda qızdırma, ürək bulanda özünü göstərir.

H.Sahratova görə, bunların qarşısını almaq üçün meyvə-tərəvəzlər yaxşıca yuyulub istifadə olunmalı, soyuducudan su içilməməlidir. Həkim onu da vurğulayıb ki, istivurmadan qaçmaq üçün isə uzun müddət gündə qalmamalı, qaldıqda çoxlu maye qəbul edilməlidir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR