“Dünyada Azərbaycana maraq artıbdır. Bunun səbəbi rəsmi Bakının apardığı siyasətdir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfərini şərh edərkən bildirib.
O qeyd edib ki, Azərbaycanın Qərbin enerji təhlükəsizliyində önəmli rol oyanyır: “Bu gün xüsusilə Şərqi Avropa ölkələri Azərbaycanla əlaqələri genişləndirməyə çalışır. Biz bu münasibəti Prezident İlham Əliyevin Macarıstana rəsmi səfərində də gördük. Prezident dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərdə Qarabağda görüləcək işlər və tədbirlər haqqında müzakirələr aparır. Diplomatik əlaqələrin dərinləşməsi ölkələrin iqtisadiyyatına da müsbət təsir edəcək”.
Ramid İbrahimov
















