• Bakı 27° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8443

    RUB - 0.0194

Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

CƏMİYYƏT

22 Sentyabr 2023 | 13:42

Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Hikmət Hacıyev bildirib ki, Bakı ofisindən Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinin tərəfdarıyıq.

"Getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir. Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar.

Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə yardım edir və bundan sonra da edəcək”, - Prezidentin köməkçisi qeyd edib.


SON XƏBƏRLƏR