• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Yarasa bu xəstəliyin dərmanıymış...

CƏMİYYƏT

22 Sentyabr 2023 | 12:57

Yarasa bu xəstəliyin dərmanıymış...

Yarasalar illərlə digər məməlilərin əksəriyyətini öldürən və ya xəstələndirən viruslarla yanaşı normal yaşam tərzləri ilə alimləri çaşdırıblar.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ tədqiqatçıları yarasaların immun sistemlərini araşdırararaq, xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsi yollarını inkişaf etdirə biləcəklərinə inandıqlarını açıqlayıblar.

Nyu-Yorkdakı "Cold Spring Harbor" laboratoriyasının tədqiqatçısı Armin Şeben bildirib ki, yarasaların DNT-sində xərçəngə qarşı müqavimət göstərməyə imkan verən antikanser genləri var: "Tədqiqatımız yarasalarda genetik dəyişikliklər əldə edib. Yəni şişləri yatıra bilən bir neçə gen müəyyən etmişik və biz inanırıq ki, bu genlər yarasaların xərçəngə qarşı müqavimət qabiliyyəti digər məməlilərə, o cümlədən insanlara da təsir göstərə bilər. Bizim araşdırmamız insanlarda xərçəngin qarşısını almaq və müalicə etmək üçün xərçəng əleyhinə terapevtiklərin inkişafı yolunda ilk addımdır".

Elm adamları bildirib ki, bir çox heyvanlar xərçəng xəstəliyinə yoluxa bilir. Lakin burada diqqət çəkən məqam odur ki, həmin heyvanların sağ qalma ehtinmalı olmur. Ancaq yarasaların 200 il yaşadığı iddia edilib. Yəni onlar həmin xəstəliklərə yoluxa bilmirlər. Çox nadir hallarda yarasaların xərçəng xəstəliyinə yoluxduğu məlum olub. Beləliklə, mütəxəssislər təklif edib ki, bəzi yarasa növlərinin genindən istifadə etməklə xəstəliyə yoluxma hallarının qarşısını ala bilərik.

Digər tərəfdən, Genome Biology and Evolution jurnalında dərc edilən araşdırmada tədqiqatçılar iki yarasa növünün, Yamayka meyvə yarasasının və Mezoamerikan bığlı yarasanın bütün gen dəstini təhlil ediblər.. Yarasaların genomik analizi daha sonra digər məməlilərlə müqayisə edilib.

Araşdırmalar onu göstərib ki, yarasaların Covid-19-a səbəb olan SARS-CoV-2 kimi viruslara sahib olmaq qabiliyyəti yoxdur. Həmçinin, onların genlərinin insanlar və digər məməlilər üçün təsirləri aşkarlanıb.

Şeben qeyd edib ki, qlobal istiləşmədə insanlara arasında infeskiya xəsətliklərini çoxalda bilər. Buna görə də yarasaların infeksiyalara necə dözdüyünü anlamaq tədqiqatçıların araşdırma aparmasına və işinə daha çox kömək edə bilər. Beləliklə, yarasaların genlərini araşdıraraq necə dözümlü olduqlarını tapmaq olar.

"Bu, genlərin necə işlədiyini başa düşməklə, insan xəstəliklərinin qarşısını alan və ya müalicə edən dərmanların istehsalında istifadə edilə bilər. Sözügedən xəstəliklərdən biri də Covid-19-dur. Çünki o da ağır infeksiya xəstəliklərindən biridir",-deyə Armin Şeben qeyd edib.

Xəyalə Rza

 


SON XƏBƏRLƏR

26 Iyul 2024