Əksəriyyət xəstələnsə də, yay fəslində dərman, vitamin qəbul etmir., Bunu isə yayda dərmandan zəhərlənmələrin çoxluğu ilə əlaqələndirilər. Bəs bu düşüncə nə dərəcə əsaslıdır?
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dərmanlar zərurət olduğu halda qəbul olunmalıdır: “Yəni dərmanlar o zaman qəbul olunur ki, ona mütləq ehtiyac var. Maksimal şəkildə həkimlərin çalışdığı bu olmalıdır ki, dərmanlardan istifadə olunmasın. Lakin vacib halda dərmandan istifadə etməliyik. Dərman xəstəliyin qarşısını almaq və xəstəliyi sağaltmaq üçün istifadə olunur. Belə olan halda, dərmanlar istənilən halda, fəsildə istifadə olunur”.
İnfeksionist onu da əlavə edib ki, dərmanların yay fəslində qəbu edilməsi heç bir zəhərlənmə yaratmır.
M.Əliyevin sözlərinə görə, burda bəzi istisnalar var: “Misal üçün, D vitamini istifadə olunur. Bilirik ki, D vitamini insan orqanizmi, dəri üzərində günəşin ultrabənövşəyi şüalarının təsirindən əmələ gəlir. Əgər siz bu vitamini həm qışda, həm də yayda qəbul edir və yayda günəşin qarşısında olursunuzsa, sizin dərinizdə bu vitamin əldə edildiyi üçün artıqlıq yarada bilər. D vitaminin də artıqlığı toksiki təsir göstərir. Belə olan halda, təbii ki, onu yay fəslində qəbul olunması məsləhət görülmür”.
Aytac Aslan
















