• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"Yen konsepsiyada Rusiya təhdid mənbəyi sayılacaq"

DÜNYA

29 Iyun 2022 | 12:19

"Yen konsepsiyada Rusiya təhdid mənbəyi sayılacaq"

“NATO sammitində Rusiya Alyans üçün birbaşa təhdid sayılacaq və bu, NATO-nun gələcəyini qurmaq üçün plana çevriləcək, yeni Strateji Konsepsiya qəbul ediləcək”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 29-da sammitə gedərkən bildirib.

“Biz ittifaqımız üçün yeni Strateji Konsepsiya qəbul edəcəyik. Bu, Alyansı gələcəkdə rəqabətli və təhlükəsiz dünyaya aparmaq, onun bir milyard vətəndaşının təhlükəsizliyini təmin etmək planına çevriləcək. Əvvəlki Strateji Konsepsiya 2010-cu ildə qəbul edilib. Orada Rusiya strateji tərəfdaş kimi qeyd olunub. Yeni Strateji Konsepsiyada Alyansın təhlükəsizliyinə əsas təhdid kimi Rusiyanın adı çəkiləcək”, - o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR