• Bakı 24° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Yenidən Əlcəzairin prezidenti seçildi

DÜNYA

09 Sentyabr 2024 | 00:10 | Müəllif: Subhan Mahmudov

Yenidən Əlcəzairin prezidenti seçildi

Əlcəzairin Seçki Komissiyası ölkənin hazırkı lideri Abdelmacid Tebbunun yenidən prezident seçildiyini elan edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Əlcəzair seçki komissiyasının məlumatına görə, Tebbun səslərin 94 faizindən çoxunu qazanıb. Onun rəqibləri islamçı Abdelali Həsəni Şerif və sosialist nümayəndəsi Yusif Auşiş müvafiq olaraq 3 faiz və 2,1 faiz səs toplayıb.

Qeyd edək ki, sentyabrın 7-də Əlcəzairdə prezident seçkiləri keçirilib. Seçki komissiyasının məlumatına görə, ölkədəki 24 milyon seçicidən 6 milyondan az adam iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR