• Bakı 20° C

    13.07 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB

DÜNYA

08 Oktyabr 2024 | 19:40

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB

Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

 

18:54

Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Bakıvaxtı.az  "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.


SON XƏBƏRLƏR