• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Putin Simonyanı təltif etdi

DÜNYA

20 Dekabr 2024 | 21:34 | Müəllif: Subhan Mahmudov

Putin Simonyanı təltif etdi

Rusiya prezidenti Vladimir Putin Marqarita Simonyanı III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq fərman Rusiya hüquqi məlumatlar portalında dərc edilib.

Məlumatda bilirilir ki, mükafat "yerli jurnalistikanın inkişafına böyük töhfəyə görə", həmçinin "ictimai əhəmiyyətli tədbirlərin hazırlanmasında və keçirilməsində fəal iştirakına görə" təqdim edilib.

Qeyd edək ki, Marqarita Simonyan 2005-ci ildən (kanalın təsis edildiyi ildən) etibarən "RT" televiziya kanalının baş redaktorudur. 2013-cü ildən "Rossiya Seqodnya" agentliyinin, 2014-cü ildən isə "Sputnik" agentliyinin baş redaktorudur.

2022-ci ilin sonunda Putin Simonyanı "Şərəf" ordeni ilə təltif edib. /musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026