Almaniya kansleri Olaf Şoltsun Rusiyaya səfər etməsi üçün Moskvaya heç bir müraciət daxil olmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Şpiqel” nəşrinin yazdığı xəbəri şərh edərkən bildirib.
Qeyd edək ki, daha öncə alman nəşri Şoltsun siyasi reytinqini yüksəltmək üçün Rusiyaya səfər etməyi planlaşdırdığını yazıb.