• Bakı 10° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Yeniyetməni ölümdən qurtaran əməliyyat

CƏMİYYƏT

17 Fevral 2025 | 09:24

Yeniyetməni ölümdən qurtaran əməliyyat

15 yaşlı yeniyetmə qaraciyərin exinokokkoz diaqnozu ilə Klinik Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinə qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-a KTM-dən məlumat verilib.

Bildirilib ki, aparılan müayinələr zamanı xəstənin qaraciyərində 3 ədəd hidatik kist aşkar olunub. Onlardan biri diametri 10 sm olan və sol payın böyük hissəsini tutan kist olub. Digərləri isə qaraciyərin diafraqmal səthində, 7-8-ci seqmentlər arasında və 5-ci seqmentin visseral səthində yerləşən exinokokk kistləridir.

"KTM-in Uşaq Cərrahiyyəsi şöbəsinin cərrahları Günay Əmrahlı və Murad Əlibəyovun iştirakı ilə xəstəyə laparoskopik exinokokktomiya əməliyyatı icra edilib. Əməliyyat zamanı kistlər boşaldılıb, xitin qişaları çıxarılıb və qaraciyərin sklerozlaşmış hissələri rezeksiya olunub. Əməliyyat uğurla başa çatıb.

Stasionar müalicələrdən sonra pasiyent qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb", deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

17 Aprel 2025