• Bakı 12° C

    14.27 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Prezidentə yazdığı şeiri söylədi

CƏMİYYƏT

18 Mart 2025 | 23:07

Prezidentə yazdığı şeiri söylədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.

Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət etdi.

Kişi sakin: Mən də Suqovuşan sakini kimi xatirə olaraq bir şeir yazmışam.

Prezident İlham Əliyev: Bəli, de.

Kişi sakin:

Ali Baş Komandan əmr verdi, hücuma keç, Azərbaycan əsgəri,

Müzəffər Ordu pozdu düşmən oyunun bir göz qırpımında,

Kəsdi onun yolun, qurbanın olum, Azərbaycan əsgəri!

44 gündə Zəfər çaldın əbədi, Zəfər bayramını da etdin əbədi,

“Dəmir yumruq”la vurdun mənfur düşməni, qurbanın olum, Azərbaycan əsgəri!

Ayaq səslərinlə qorxutdun düşməni, qorxuya düşüb tərk eylədi Vətəni,

“İtiqovan”la qovdun yağı düşməni, qurbanın olum, Azərbaycan əsgəri!

Çox şəhidlər verdin Suqovuşanda, Füzulidə, Talışda, Şuşada, dastanlar da yazdın Hadrutda,

Zəfər bayrağını ucaltdın Şuşada, qurbanın olum, Azərbaycan əsgəri!

Bunu özüm yazmışam, qəlbdən gələn şeirdir.

Prezident İlham Əliyev: Sağ olun. Suqovuşanın tarixi adını da dərhal qaytardıq və o vaxt, azad olunandan sonra tarixi adını bərpa etdik. O keçmiş adlardan da əsər-əlamət qalmayıb.


SON XƏBƏRLƏR

18 Mart 2025