Cənubi Koreyanın Müdafiə Alma Proqramı Agentliyi 218 milyon dollarlıq yeni investisiya elan edib.
Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Müdafiə Alma Proqramı Agentliyinın açıqlamasında bildirilir.
Qeyd olunub ki, sözügedən sərmayə Cənubi Koreyanın özünü inkişaf etdirdiyi və “yeraltı sığınacaqları hədəf alan raketlər” kimi tanınan “Koreya Yerdən Yerə Taktika Raketi”nin ikinci versiyasının hazırlanması üçün istifadə ediləcək.
Agentliyin rəsmisi Cənubi Koreya mətbuatına verdiyi açıqlamada bu raketlərin Şimali Koreyanın yerin altında gizlətdiyi silahları hədəf alacağını bildirib.
Qeyd edək ki. sözügedən layihənin 2027-ci ilin sonuna qədər davam edəcəyi paylaşılıb.
Ay Tac















