• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Xəstəxanaya hücum edənlər məsuliyyətə cəlb olunmalıdır" - Mişel

DÜNYA

18 Oktyabr 2023 | 11:12

"Xəstəxanaya hücum edənlər məsuliyyətə cəlb olunmalıdır" - Mişel

"Qəzzada xəstəxananın vurulması ilə bağlı bütün faktların hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında yazıb.

Onun sözlərinə görə, günahsız mülki şəxslər və tibb işçiləri olan bir obyekti vurmaq üçün heç bir ağlabatan səbəb yoxdur: "Qəzzada Əl-Əhli xəstəxanasına edilən faciəli hücum qarşısında dəhşətə gəlmişik. Mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa uyğun deyil. Biz Qəzza zolağında humanitar yardımın əlçatanlığının dərhal təmin edilməsinə çağırırıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026