• Bakı 15° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bayden İsrailin iddialarını dəstəklədi

DÜNYA

17 Noyabr 2023 | 10:52

Bayden İsrailin iddialarını dəstəklədi

ABŞ prezidenti Co Bayden İsrailin Qəzzadakı Şəfa xəstəxanası ilə bağlı iddialarını dəstəkləyib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bu barədə o, Kaliforniya əyalətində Çin dövlət başçısı Xi Jinpinglə 4 saatlıq görüşdən sonra mətbuata verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, belə bir vəziyyət var ki, ilk hərbi cinayəti HƏMAS qərargahını xəstəxanaların altında gizlədərək törədib və bu, faktdır: “Bir şey dəqiqdir: HƏMAS-ın bu xəstəxananın altında qərargahı, silahları və avadanlıqları var, mən digər xəstəxanalardan da şübhələnirəm”.

Qeyd edək ki, Bayden dedikləri ilə bağlı heç bir sübut göstərməyib.

Keçən ay "İsrailli uşaqların başının kəsildiyini" iddia edən, lakin dərhal sonra Ağ Ev tərəfindən düzəliş edilən Bayden bu iddianı təkrar irəli sürüb: “HƏMAS açıq şəkildə bəyan etdi ki, onlar əvvəllər etdikləri kimi yenidən İsrailə hücum etmək, körpələrin başlarını kəsmək, qadın və uşaqları diri-diri yandırmaq niyyətindədirlər. Beləliklə, onların dayanıb heç nə etməmələri fikri real deyil”.

Bayden qeyd edib ki, müharibə HƏMAS-ın israillilərə qarşı dəhşətli işlər görmək gücünə malik olmadığı zaman bitəcək: “Bunun nə qədər vaxt aparacağını deyə bilmərəm. Amma deyə bilərəm ki, iki dövlət ortaq qərara gəlməyənə qədər bunun baş verəcəyini düşünmürəm”.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026