• Bakı 25° C

    13.54 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Yol polisindən sürücülərə xəbərdarlıq

CƏMİYYƏT

19 Iyul 2026 | 16:50

Yol polisindən sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə xəbərdarlıq edib.

İdarədən Bakıvaxtı.az-a bildirilib ki, bu gün saat 12:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində paytaxt sakini Nihad Allahverənovun idarə etdiyi motosikletlə Qəbələ rayon sakini İsa Rzayevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü, eləcə də İsa Rzayevin avtomobilində olan qadın sərnişin hadisə yerində həyatlarını itiriblər. Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır”, - deyə məlumatda qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026
18 Iyul 2026