• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yoluxma sayı 8 minə çatır - 28 nəfər öldü

CƏMİYYƏT

09 Fevral 2022 | 15:35

Yoluxma sayı 8 minə çatır - 28 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 6 315 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 718 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 112 nəfər müalicə olunaraq sağalıb, 8948 nəfər vəfat edib. 49 085 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 314, bu günə qədər isə ümumilikdə 6 316 102 test icra olunub.


Yoluxma sayı 8 minə çatır - 28 nəfər öldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026