• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

TƏBİB-dən antibiotiklərlə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

11 Mart 2022 | 15:02 | Müəllif: Subhan Mahmudov

TƏBİB-dən antibiotiklərlə bağlı XƏBƏRDARLIQ

“Antibiotiklərdən bakterial infeksiyaların müalicəsində istifadə olunur. Bu da əsasən ölümcül xəstəliklər ola bilər. Onların müalicəsində mütləq şəkildə antibiotik istifadə edilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələrin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.

Onun sözlərinə görə, antibiotiklərə davamlılıq qlobal problemdir: “Bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı müdafiə qabiliyyəti və davamlılıq qazanır. Yəni, antibiotik həmin bakteriyaları məhv edə bilmir.

Antibiotiklərdən lazımsız istifadə gələcəkdə bu müalicə üsulunun nəticəsini azaltmış olur. Həkim tövsiyəsi olmadan antibiotik istifadəsi yolverilməzdir. Başqası istifadə edib, müsbət təsir edib fikri ilə antibiotik istifadəsi doğru deyil. Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır. Çünki bəzən vətəndaşlar adi qrip hallarında da antibiotiklərdən istifadəyə üstünlük verir. Dünya təcrübəsində lazımsız yerə antibiotiklərin istifadəsində 5% halda əks təris müşahidə oluna bilər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026