Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 810 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 55 nəfərdir.
Ölkədə son sutka ərzində 1 822, hazırkı dövrədək isə 6 909 386 test aparılıb.

















