• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Yoluxma sayından asılı olmayaraq, ənənəvi qaydada təhsil açılacaq" - EKSPERT

CƏMİYYƏT

28 Avqust 2021 | 12:37 | Müəllif: Subhan Mahmudov

"Yoluxma sayından asılı olmayaraq, ənənəvi qaydada təhsil açılacaq" - EKSPERT

Məlumdur ki, sentyabrın 15-dən təhsil ənənəvi qaydada davam edəcək. Bütün tələbələr və şagirdlər buna sevinsə də, virusa yoluxanların sayı günü gündən artıq. Belə olan halda, tələbələr və şagirdlərin virusa yoluxmasının qarşısını almaq üçün hansı tədbirlər görüləcək? Yoluxma sayı artsa, təhsilin açılmama ehtimalı var? 

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a danışıb:

İlk növbədə, qeyd edim ki, yeni tədris ilinin ənənəvi qaydada başlaması artıq qaçılmazdır və Azərbaycanda da 2021-ci ilin sentyabr ayında tədris prosesi ənənəvi qaydada açılacaq. Buna əsas verən kifayət qədər məqamlar var. Birincisi, Azərbaycan təhsil sisteminin tədris prosesi 2020-ci ilin mart ayında onlayna keçdi. Biz onlayn təhsil zamanı həm tələbələrin öyrədilməsi, həm də təhsilin əlçatanlığı baxımdan ciddi problemlər yaşadıq. 2020-ci il sentyabrın 15-də və 2021-ci il martda dərslər bərpa olsa da, bu ali təhsil müəssisələrində baş vermədi. Əslində, Azərbaycan hökumətinin qərar qəbul etməkdə gecikdiyini düşünürəm, çünki bizim tələbələrimiz kirayə məsələlərini və digər ehtiyaclarını həll etməlidirlər. Bütün hallarda, məndə olan məlumata görə, bütün ali təhsil müəssisələrində artıq yeni tədris ilinə hazırlıq gedir. Hazırlığın əsas hissəsi ali təhsil müəssisəsinin daxilində pandemiya dövrünün qaydalarına uyğun şəraitin qurulmasını təşkil edilməsi, eyni zamanda, dezinfeksiya işləri üçün məhlulların, uzaqdan temperaturu müəyyənləşdirən cihazların yerləşdirilməsi kimi alətlərin quraşdırılmasından ibarətdir. Burda auditoriyada tələbələrin sayının tənzimlənməsi kimi ciddi bir məsələ var. Etiraf edək ki, bu gün bizim 51 ali təhsil müəssisəsində 180 min tələbə təhsil alır və burda müəyyən qədər tələbə sıxlığı müşahidə edilir. Digər bir tərəfdən, tələbələr kirayədə yaşayacaqlar və bəzi kirayə evlərdə yaşayanlar ev yiyəsi ilə birlikdə qalırlar. Ola bilər ki, potensial yoluxma riski bu halda arta bilər.

Ancaq mövcud yoluxma sayındakı artım təhsil prosesinin açılmasına təsir göstərməyəcək. Yəni təhsil, bütün hallarda, yoluxma sayından asılı olmayaraq açılacaq. Bu günə qədər artıq altı milyondan çox şəxs vaksin olunub, artıq pandemiya qaydaları ilə yaşamağı öyrənmişik. Həmin universitetdə oxuyacaq tələbələr bu gün rahatlıqla restoranlarda, istirahət mərkəzlərində görüşüb bir yerdə otura bilərlərsə, və buna qanunvericilik bir qadağa qoymayıbsa, eyni qaydalar universitetdə də tədbiq edilə bilər. Yəni biz bu gün ictimai obyektlərdə, restoranlarda, kafelərdə kifayət qədər insan kütləsini görürük. Görürük ki, çoxlu insanlar var və yaxın məsafədən münasibət qururlar, danışırlar, görüşürlər, saatlarla birlikdə olurlar. Restoranlarda virus yoxdursa, tam dezinfeksiya işlərinin görüldüyü təhsil müəssisələrindəmi virus var?! Biz onlayn formada davam etdikcə ciddi şəkildə kadr çatışmazlığı ilə qarşılaşacayıq. Təklif edirəm ki, 2021-ci ilin sentyabrında ənənəvi tədris açılsın, ancaq universitetlərdə bir neçə qaydaya xüsusi diqqət etmək lazımdır. Dərsləri ənənəvi qaydada yalnız ixtisaslar üzrə keçmək lazımdır. Qeyri-ixtisas fənləri ənənəvi qaydada keçirilməməlidir. Həmin dərslər onlayn keçirilsin. Digər tərəfdən, 60 yaşdan yuxarı şəxslər üçün ənənəvi təhsil prosedində iştirak təhlükəli ola bilər. Biz ənənəvi təhsilə qayıtmalıyıq. Artıq vaksinasiya prosesi sürətlə davam edir və bu bizə dərs prosesini ənənəvi qaydada başlamaq üçün ümid verir.

 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR