• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zahid Əliyev vəfat etdi - FOTO

CƏMİYYƏT

01 Sentyabr 2022 | 11:30

Zahid Əliyev vəfat etdi - FOTO

Texnika elmləri doktoru, professor Zahid Əliyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, neftçi alim 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əliyev Zahid Səməd oğlu 1935-ci ildə Şəmkir rayonunun Zəyəm kəndində anadan olub. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azərbaycanın EA sisteminə göndərilib. O, burada 1959-cu ilə qədər kiçik elmi işçi vəzifəsində işləyib. 1959-1964-cü illərdə - ÜETQİ-da aspirant olmuşdur. 1964-cü ildə "Lay təzyiqini saxlamadan qaz-kondensat yataqlarının işlənilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1961-1979-cu illərdə ÜETİQİ-da böyük elmi işçi vəzidəsində işləmişdir. 1965-1973-cü illərdə Çiren və Novo-Oryaxovo (Bolqarıstan) yataqları layihələrinin baş mühəndisi və Zalsvedel-Pakenzen (Almaniya) qaz yatağının işlənilməsi üzrə baş məsləhətçi işləyib. 1979-cu ildən akad. İ.M.Qubkin adına MNK və QSİ-da (Moskva ş.) pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə "Qaz və qaz-kondensat quyularının istismarı zamanı ilkin məlumatların əldə edilməsinin qazohidrodinamiki üsullarının işlənilməsi və tətbiqi və texnoloji rejimin əsaslandırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 1987-ci ildən indiyə qədər akad. İ.M.Qubkin adına Rusiya Dövlət neft və qaz universitetinin professoru vəzifəsində işləyib.

Zahid Əliyev Oksford Universiteti tərəfindən ötən əsrin 100 adamı elan edilən şəxslərdən biri olub.


Zahid Əliyev vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026