• Bakı C

    12.14 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

Zaqatalada avtomobil aşdı: sürücü öldü

HADİSƏ

14 Yanvar 2026 | 09:41

Zaqatalada avtomobil aşdı: sürücü öldü

Zaqatalada avtomobil aşıb, sürücü həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə 13.01.2026-cı il tarixdə saat 14 radələrində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Əhmədov Seyfəddin Həmzət oğlunun idarə etdiyi "VAZ-21015" markalı avtomobil Zaqatala rayonu, Muxax kəndində hərəkətdə olarkən aşması nəticəsində sürücü S.Əhmədov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Avtomobildə olan sərnişin-1990-cı il təvəllüdlü Zamanova Şahsənəm Abdulqafur qızı isə bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanası PHŞ-yə təxliyə edilib.

Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


SON XƏBƏRLƏR

13 Yanvar 2026