• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zaqatalada narkotik alverçisi tutuldu - FOTO

CƏMİYYƏT

08 Aprel 2023 | 09:46

Zaqatalada narkotik alverçisi tutuldu - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, əldə olunan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Cavanşir Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, C.Muradovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 


Zaqatalada narkotik alverçisi tutuldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026