• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zavoddakı partlayışda xəsarət alan qadından XƏBƏR VAR

HADİSƏ

24 Iyul 2023 | 17:11 | Müəllif: Qalib İbrahimoğlu

Zavoddakı partlayışda xəsarət alan qadından XƏBƏR VAR

TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 1978-ci il təvəllüdlü (cinsi qadın olmaqla) vətəndaş yerləşdirilib. Ona hər iki qolun açıq yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə Bakıvaxtı.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumata görə, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir.

Vəziyyəti orta ağırdır.

Qeyd edək ki, bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib. Nəticədə bir nəfər həlak olub, bir nəıfər isə yanıq xəsarətləri alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR