"Vladimir Zelenski ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın atəşkəs çağırışından imtina edib, çünki Ukraynada sülhün əldə edilməsi Kiyev üçün prioritet deyil".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Zelenskinin Donald Trampın çağırışına reaksiyasına məhəl qoymaması sülhün əldə edilməsinin Kiyev rejimi üçün prioritet olmamasından qaynaqlanır:
"Kiyev rejimi ümumiyyətlə belə kateqoriyalarda düşünmür. Uzun illərdir ki, ABŞ prezidenti Co Bayden rejimi Kiyevə bunun tam əksini öyrədib".
Gülşən Şərif