• Bakı 24° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

DÜNYA

25 Avqust 2025 | 22:51

Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

 Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna lideri görüşün yekunlarına dair teleqram kanalında yazıb.

"Biz ruslara necə təsir edə biləcəyimizi müzakirə etdik, onları real danışıqlara getməyə və müharibəni dayandırmağa çağırdıq. Sanksiyalar gündəmdə qalmalıdır. Biz liderlər formatında danışmağa hazırıq. Bu, əsas məsələlərin həlli üçün lazım olan formatdır. İndi Moskvada da eyni hazırlığa ehtiyacımız var", - Zelenski qeyd edib.

Prezident real sülhə nail olmaq əzminə görə ABŞ və Prezident Donald Trampa təşəkkür edib.

“Bizim Vaşinqtonda Avropa liderləri ilə görüşümüz zamanı əldə edilmiş bütün nəticələri - siyasi, müdafiə, iqtisadi, - həyata keçirmək çox vacibdir”, - Zelenski vurğulayıb.

Eyni zamanda o əlavə edib ki, Vaşinqtonda keçirilən sammit Avropa və Amerika arasında əsl birliyin nümayişi olub. "Ukrayna, həmişə olduğu kimi, dünyanı birləşdirir. Biz ABŞ-nin Ukrayna üçün təhlükəsizlik arxitekturasının bir hissəsi olmaq istəyini yüksək qiymətləndiririk və komandalarımız bunun üzərində fəal işləyirlər", - Zelenski bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə əsas təhlükəsizlik prinsiplərinin müəyyən ediləcəyi gözlənilir.


SON XƏBƏRLƏR

25 Avqust 2025