Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Vladimir Zelenski ilə birbaşa əlaqə qurmaq çağırışına cavab olaraq qeyd edib ki, belə bir ehtimal xüsusilə danışıqların nəticələrindən asılıdır.
Bakıvaxtı.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Şarl Mişel Kiyevə son səfəri zamanı Ukrayna rəhbərliyi ilə təmaslar barədə məlumat verib.
"Mişelin Zelenski ilə birbaşa əlaqə çağırışına cavab olaraq, Putin bu məsələ ilə bağlı məlum mövqeyini bir daha təsdiqləyib. Qeyd edib ki, belə bir ehtimal Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqların konkret nəticələrindən asılıdır", - deyə məlumatda bildirilir.
Nuranə Daxilqızı
















