• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Zelenski: Makron həmişə deyir ki, mənə “WhatsApp”da zəng et

DÜNYA

13 Oktyabr 2022 | 17:24

Zelenski: Makron həmişə deyir ki, mənə “WhatsApp”da zəng et

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla “WhatsApp” messencerində danışdığını bildirib.

Bakıvaxtı.az  xəbər verir ki, Ukrayna Prezidenti Almaniyanın ZDF telekanalına müsahibəsində Qərb ölkələrinin liderləri ilə ünsiyyətini “iPhone diplomatiyası” adlandırıb.

“Mənim Consonla (Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson) həqiqətən də yaxın münasibətim var idi. Conson, Duda (Polşa Prezidenti Andjey Duda), Gitanas (Litva Prezidenti Gitanas Nauseda), bunlar mənim zəng edə bildiklərimdir. Emmanuel Makron həmişə mənə deyir: “Sən mənə “WhatsApp”da zəng elə”, - Zelenski vurğulayıb.

Ukrayna Prezidenti adlarını çəkdiyi dövlət başçıları ilə tez-tez danışdığını da qeyd edib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026