• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Zelenski Starmerə “qələbə planını” göstərdi

DÜNYA

10 Oktyabr 2024 | 15:50

Zelenski Starmerə “qələbə planını” göstərdi

Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyaya səfəri zamanı baş nazir Kir Starmerə “qələbə planı”nın təfərrüatlarını göstərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında məlumat verib.

“Londonda Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüş zamanı mən ona qələbə planının təfərrüatlarını təqdim etdim. Biz müttəfiqlərimizlə birlikdə bunun üzərində işləməyə razılaşdıq”, - Zelenski yazıb.

Onun sözlərinə görə, müvafiq plan münaqişənin ədalətli nəticələnməsi üçün lazımi şəraitin yaradılmasına hesablanıb.

Ukrayna lideri həmçinin Kiyevə davamlı dəstəyinə görə Londona təşəkkür edib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026