• Bakı 28° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Zığ dairəsi-Hava Limanı yolunda  sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - YENİLƏNİB

CƏMİYYƏT

12 Oktyabr 2024 | 15:31

Zığ dairəsi-Hava Limanı yolunda  sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - YENİLƏNİB

Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilib.

Bakıvaxtı.az xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

***

14:10

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


SON XƏBƏRLƏR

15 Iyul 2025